Ceyhun Bayramov ÜGT baş katibi ilə görüşüb

Ceyhun Bayramov ÜGT baş katibi ilə görüşüb
  29 Yanvar 2022    Oxunub:3005
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

“Çox maraqlı və əhatəli dialoq baş tutdu. Biz ÜGT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığı müzakirə etdik. Kunio Mikuriyanı Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edirik”, - nazir sosial şəbəkədə bildirib.

AzVision.az



Teqlər: ÜST   Azərbaycan  



Xəbər lenti