Xaçmazda anasını qətlə yetirən ruhi xəstə tutulub
Ramiz Sultanovu Xaçmaz ərazisində xidmət aparan YPX-nin inispektoru, polis serjantı Fəqan Babayev kafelərin birində saxlayaraq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verib.
Hadisə yanvarın 13-də baş verib. Rayonun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları intensiv əməliyyat-axtarış tədbirləri görüblər.
R.Sultanov ruhi xəstədir.
AzVision.az
Teqlər: Xaçmaz Qətl-hadi8səsi







Vaxtında, Aydın, Lazımlı!


