Bakıda avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər ölüb

Bakıda avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər ölüb
  30 Yanvar 2022    Oxunub:1005
Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti