Mülki Kollegiyanın sədri iclasın keçirilməsində əsas məqsədin mediasiya sahəsində fəaliyyətin təmin olunması üzrə mövcud problemlərin və maraq kəsb edən digər məsələlərin müzakirəsinin aparılması, habelə mediasiya qurumları ilə məhkəmələrin qarşılıqlı fəaliyyəti üzrə zəruri koordinasiyasının həyata keçirilməsindən ibarət olduğunu qeyd edib.
|
| Mediasiya Şurası 2026-cı ilin 1-ci rübü üzrə HESABAT təqdim edib |
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov mediatorların və mediasiya fəaliyyətinin təmin edilməsi və inkişafına dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sistemində insan hüquqlarının müdafiəsi məsələlərinin mühüm yer tutduğunu və ölkəmizdə insan hüquqlarının müdafiəsinə hər zaman xüsusi diqqət göstərildiyini qeyd edib. Daha sonra, Mediasiya Şurasının fəaliyyəti ilə bağlı statistik məlumatları və analitik hesabatları iclas iştirakçılarının diqqətinə çatdırmış, mediasiya təşkilatlarına edilən müraciətlərin hansı kateqoriya mübahisələr olması barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva qısa zaman ərzində Mediasiya Şurası tərəfindən görülən işləri yüksək qiymətləndirərək, kommersiya mübahisələri üzrə mediasiya fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə Ali Məhkəmənin hakimləri İsmayıl Xəlilov, Abiddin Hüseynov, İlqar Dadaşov, Bəhman Qəribov, Ali Məhkəmənin Aparat rəhbəri Elvin Hətəmzadə və Mediasiya Şurasının digər nümayəndələri də çıxış edərək, mediasiya fəaliyyəti ilə bağlı mübahisəli məsələlər barədə fikirlərini bildiriblər.







Vaxtında, Aydın, Lazımlı!


