32 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi

32 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi
  30 Yanvar 2022    Oxunub:1037
Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 25 dekabr 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AzVision.az -a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti