Qadınlar üçün yeni milli fəaliyyət planı hazırlanır
E.Əmirbəyov deyib ki, Azərbaycan infrastruktur layihələrini uğurla həyata keçirir: “Ərazilərin minalardan təmizlənməsi ilə bağlı ciddi çağırışlarla üzləşmişik. BMT və digər donorların dəstəyi ilə bu işlər davam etdirilir. ANAMA 10 min kvadrat kilometr sahəni digər müvafiq qurumların də köməyi ilə minalardan təmizləməlidir”.
E.Əmirbəyov əlavə edib ki, hər bir müharibə, münaqişə fərqlidir: “Bütün məsələlərə vahid yanaşmadan danışmaq çətindir. Ölkə səviyyəsində qadınlar üçün yeni vəziyyəti nəzərə alaraq, milli fəaliyyət planı hazırlanmaqdadır”, - deyə o qeyd edib.
AzVision.az
Teqlər: Qadın







Vaxtında, Aydın, Lazımlı!


