Qorbaçovdan yeni “perestroyka”

Qorbaçovdan yeni “perestroyka”
  03 Aprel 2013    Oxunub:1140
SSRİ-nın keçmiş lideri Mixail Qorbaçov Putinin yürütdüyü siyasəti sərt tənqid edib və ikinci “perestroyka”nın vacibliyindən danışıb.
“Ria Novosti»ə açıqlamasında “Bütün güc bir nəfərin əlində cəmləşib. Parlament sadəcə qərarları təsdiq edir” deyən 82 yaşlı Qorbaçov 80-ci illərin ikinci yarısında başlayan və SSRİ-nin süqutunu tezləşdirən “yenidənqurma” prossesinin bərpasını gündəmə gətirib.

İnternet üzərindən yayımladığı yazılı müraciətində Mixail Qorbaçov Putinin xalqın və mətbuatın azadlıqlarını məhdudlaşdırmaqla Rusiyanı uçuruma sürüklədiyini, ədliyyə orqanlarının müstəqil olmadığını, iqtisadiyyatın qaz və nefetdən asılı olduğunu bildirib.

Rusiya Dumasının spiker müavini Sergey Neverov isə “Qorbaçov birinci “perestroykası” ilə ölkəni xarabaya çevirmişdi” deyə sərt reaksiya verib.



Teqlər:  





Xəbər lenti