"Kəlbəcərdə itkin düşən hərbi qulluqçunun axtarışı davam edir"

   "Kəlbəcərdə itkin düşən hərbi qulluqçunun axtarışı davam edir"
  31 Yanvar 2022    Oxunub:772
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur", - nazirlikdən bildirilib.

https://static.report.az/photo/2c3495af-1ffd-35a8-a95c-1acb19fde742_850.jpg


AzVision.az



Teqlər:



Xəbər lenti