Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırıldı

 Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırıldı
  31 Yanvar 2022    Oxunub:1240
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

AzVision.az



Teqlər: Qarabağ   Səfər  



Xəbər lenti