Layihənin birinci günü ilk olaraq layihənin məqsəd, hədəf və gözləntilərinin təqdimatı həyata keçirilib. Bunun ardınca, iştirakçıların fəal iştirakı ilə komanda quruculuğu fəaliyyəti, eləcə də interaktiv formatda media savadlılığı mövzusuna giriş sessiyası təşkil olunub.
Təlim kursuna daxil olan sessiyalar peşəkar media ekspertləri, gənclərlə qarşılıqlı çalışan mütəxəssislər və bir qrup fəal gənc tərəfindən idarə olunur. İştirakçılar layihənin növbəti günlərində medianın növləri, saxta xəbərlər və dezinformasiya ilə mübarizə tədbirləri, Azərbaycan və Avropa İttifaqı ölkələrində media savadlılığı və s. mövzularda interaktiv və məlumatlandırıcı sessiyalarda iştirak edəcək.
Qeyd edək ki, “Gənclər və Media savadlılığı” layihəsi Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilir. Layihə 2021-ci ildə fondun elan etdiyi “Pilot” fəaliyyət üzrə qrant müsabiqəsinin qalibi seçilib. Layihənin əsas məqsədi gənclərin öz media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmaqdır. Bununla yanaşı, layihə cəmiyyətimizdə vətəndaş fəallığını və bərabərliyi təbliğ etməyə, eləcə də, gənclərə ayrı-seçkiliyə yol verməməyin vacibliyini təşviq etməyə yönəlib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


