Azərbaycan Qış İdman növləri Federasiyası yaradılıb
Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Qış İdman növləri Federasiyasının yeni prezidenti seçilib. Seçkidən sonra çıxış edən Fuad Nağıyev ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
Konfransda həmçinin, Florian Sengstschmid federasiyanın vitse-prezidenti seçilib. Bundan başqa Elvira Zəkərayeva, Nasir Ferhadov, Tomas Eugen Thor Jensen, Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın İdarə Heyətinin üzvü seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Sengstschmid çıxış ediblər.
AzVision.az
Teqlər: İdman







Vaxtında, Aydın, Lazımlı!


