Baş Prokurorluq: "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır"

   Baş Prokurorluq:    "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır"
  31 Yanvar 2022    Oxunub:1002
Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi fatkı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır", - məlumatda bildirilib.

Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.

AzVision.az



Teqlər: İntihar  



Xəbər lenti