Arxeoloqlar Misirdə 30 mumiya aşkar ediblər

Arxeoloqlar Misirdə 30 mumiya aşkar ediblər
  31 Yanvar 2022    Oxunub:1212
Arxeoloqlar Misirin Asuan şəhərində yanmış binada gizlin qədim ailə məzarının girişini aşkar ediblər.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislər məzarda müxtəlif yaşlarda olan 30 mumiya, o cümlədən artriti olan bir neçə qoca, həmçinin uşaqlar və yeni doğulmuş körpə aşkar ediblər.

Tədqiqatçılar məzarın tarixini hələ müəyyənləşdirməsələr də, orada bir ailənin əsrlərdir ki, ölülərini basdırmasını təxmin edirlər.

Milan universitetinin professoru, misirşünas və qazıntıların rəhbəri Patrisiya Piaçentininin sözlərinə görə, dəfnlər böyük ehtimalla Ptolemey və Roma dövründə - eramızdan əvvəl 1-ci əsrdən eramızın II və ya III əsrlərinə qədər aparılıb.
Aşkar edilmiş nekropol Nil çayı boyunca kiçik bir təpənin üstündə yerləşən Ağa-Xanın məqbərəsi ərazisində arxeoloqlar tərəfindən tapılan 300 qəbirdən biridir.



Ancaq digər qəbirlərin əksəriyyəti yerin altında və ya qayalı təpələrdə qazılmış olsa da, bu, daha böyük yerüstü quruluşun içərisində yerləşməsi ilə fərqlənir. Ona görə də bu nekropol, çox güman ki, qurbanlar üçün istifadə edilib.

Patrisiya Piaçentini və komandası binanın divarlarında yanğın izləri tapıblar. Onların fikrincə, bu izləri ayin yerinə yetirənlər və ya qəbir soyğunçuları qoya bilərlər. Lakin arxeoloqlar burada ayinlərin keçirildiyinə dair əlavə dəlillər tapıblar. İçəridə heyvan sümükləri, bitki qalıqları, meyvələr, gül qabı qırıqları, boyunbağı və digər əşyalar da aşkar edilib.



İbrahim Məmmədov
AzVision.az



Teqlər: Mumiya  



Xəbər lenti