Donetsk kimin olub? - TARİXİ ARAYIŞ

Donetsk kimin olub? - TARİXİ ARAYIŞ
  07 Aprel 2014    Oxunub:3593
Donetsk şəhəri Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzidir. Əhalisinin sayına görə, Donetsk Ukraynada beşinci yeri tutur.

Şəhər əhalisinin sayı 1,7 milyon nəfərdən yuxarıdır. Donetsk şəhərinin ümumi sahəsi — 385 km². Şimaldan cənuba 38, şərqdən qərbə isə 55 km uzanıb. Şəhər 9 inzibati əraziyə bölünüb. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının - Ukraynanın ən böyük sənaye mərkəzinin tərkibinə daxildir.

Donetsk vilayətinin əsasını 1681-ci ildə don kazakları qoyublar. Donetsk əvvəllər Şimali Don çayının sağ sahilində, Qundorvskaya vilayətinin bir kəndi olub. 1945-ci ildə fəhlə qəsəbəsinə çevrilib. Donetsk 1951-ci ildə Rusiyanın Rostov vilayətinin tərkibində “Qundorovka” adlanıb. Don çayının sahilində yerləşən şəhər 1955-ci ildən Donetsk adlandırılıb.

O vaxtki Don kazakları və ya Don Kazak Ordusunun Vilayəti müasir Luqansk, Donetsk, eləcə də Rostov, Volqoqrad , Vorenej vilayətləri, Kalmıkiya Respublikasının ərazisini əhatə edib.

Digər mənbələrdə isə qeyd olunur ki, 1923-cü ilə qədər Donetsk şəhəri banisinin - biznesmen Con Yuzun - şərəfinə Yuzovka adını daşıyıb. (Con Yuz 1869-cu ildə indiki Donetsk torpaqlarında Yuzovka fəhlə qəsəbəsi və metallurgiya zavodu tikib. Qəsəbənin tikilmə tarixinin Donetsk şəhərinin təsis tarixi kimi qəbul edilir).

1924-cü ilin aprel ayının 22-də ÜUMİK – nin qərarı ilə Yuzovka şəhərinə Stalin adı verilmiş, 1920-ci illərin sonlarında — 1930-cu illərin əvvəlində isə, şəhər qeyri-rəsmi olaraq Stalino (Stalin vilayəti) adlandırılmağa başlayıb.

İndiki Donetsk vilayəti SSRİ-nin zamanında – 2 iyul 1932-ci ildə yaradılıb. Bu məqsədlə o vaxt 5 vilayət birləşdirilmişdi: Artyomov, Luqansk, Mariopol, Stalinsk və Starobeşevsk.

1961-ci ildə Stalin vilayətinə onun 1932—1938-ci illərdəki adı geri qaytarılıb və yenidən Severski Donetsk adlandırılıb. Vilayətin mərkəzi Stalino şəhəri isə Donetsk adlandırılmağa başlayıb.

Səbinə


Teqlər:





Xəbər lenti