Ötən il 466 şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Ötən il 466 şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
  31 Yanvar 2022    Oxunub:901
2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermis 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 466-dır.

Belə ki, 2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermis 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.



AzVision.az



Teqlər:



Xəbər lenti