Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb
  31 Yanvar 2022    Oxunub:828
2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunda təlim-tədris prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə keçiriləcək.

AzVision.az



Teqlər: Ordu  



Xəbər lenti