Komitə Masallıda məktəbli qızın ərə verilməsi iddialarını araşdırıb

   Komitə Masallıda məktəbli qızın ərə verilməsi iddialarını araşdırıb
  31 Yanvar 2022    Oxunub:993
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daha bir açıqlama yayıb.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AzVision.az -a bildirib ki, təmsil etdiyi qurum Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlayıb.

"Komissiyadan Dovlət Komitəsinə bildirilib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq icra hakimiyyətinin əməkdaşları aildə olublar.

Fakt araşdırılıb.

Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq.

Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir.

Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir".

AzVision.az



Teqlər:



Xəbər lenti