Müdafiə naziri sabah Türkiyəyə gedir

   Müdafiə naziri sabah Türkiyəyə gedir
  31 Yanvar 2022    Oxunub:1008
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti