8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq
  31 Yanvar 2022    Oxunub:1001
Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə propektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

"Bu üzdən sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.

AzVision.az



Teqlər: Yol  



Xəbər lenti