Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşı ilə bağlı prosedur təsdiqlənib
Dəyişiklik layihəsinə əsasən, Ailə Məcəlləsinə 195.2-ci maddə əlavə olunub.
Yeni maddəyə əsasən, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


