FHN: Ötən sutka 55 yanğına çıxış olub

   FHN:    Ötən sutka 55 yanğına çıxış olub
  01 Fevral 2022    Oxunub:729
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti