"Ötən il şəhid ailələrinə və müharibə əlillərinə 3 min mənzil verilib"
Onun sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bu rəqəm 934 olub:
"Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi. 2021-ci ildə bu rəqəm 3000 təşkil edib".
O qeyd edib ki, indiyə kimi 7400 nəfərdən çox şəxs avtomobillə təmin olunub: "Bu ildə də bu istiqamətdə işlər davam etdiriləcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: Mənzil







Vaxtında, Aydın, Lazımlı!


