Cavanşir Feyziyev London məhkəməsinin qərarından danışıb
"Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır.
Qalan məbləğ vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb. Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı və bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


