"Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən çox investisiya qoyduğu ölkədir"
- Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən çox investisiya qoyduğu ölkədir və bu təxminən 19 milyard ABŞ dolları təşkil edir. Azərbaycanda təxminən 300 ABŞ şirkəti fəaliyyət göstərir. Azərbaycan da, həmçinin ABŞ iqtisadiyyatına investisiya qoyulmasına təşviq edir. Lakin biz iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün daha çox iş görməliyik. Azad edilmiş ərazilərin bərpası Azərbaycan hökumətinin fəaliyyətinin qarşısındakı prioritetdir. Biz, həmçinin ABŞ şirkətlərini (azad edilmiş ərazilərə-red.) sərmayə yatırmağa və Azərbaycan hökumətinin bu ərazilərdəki yenidənqurma, reabilitasiya və bərpa cəhdlərinin dəstəklənməsində daha aktiv iştiraka həvəsləndiririk. Bizim dağıntılardan 7 yeni şəhər tikilməsi ilə bağlı öhdəliyimiz var, azad edilmiş ərazilərdə hər şey dağıdılıb.
H. Hacıyev vurğulayıb ki, Azərbaycan əsas təhlükəsizlik çağırışını həll edərək təhlükəsizliyə əsaslanan xarici siyasət konsepsiyasından iqtisadi siyasət konsepsiyasına keçir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


