"Ötən ay 167 nəfər zəhərlənib, bir nəfər ölüb"- KTM

"Ötən ay 167 nəfər zəhərlənib, bir nəfər ölüb"-    KTM
  02 Fevral 2022    Oxunub:682
Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub.
Mərkəzin Mətbuat xidmətindən AzVision.az - a bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib.

Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az





Teqlər: Zəhərlənmə  



Xəbər lenti