"İdmanla məşğul oluram, arıqlamışam " - Elmar Məmmədyarov

   "İdmanla məşğul oluram, arıqlamışam " -    Elmar Məmmədyarov
  02 Fevral 2022    Oxunub:991
"Həyatımda yəqin ki, çox şey dəyişib. Nazir olanda 24 saat, 7 gün işləyirdim. İndi isə mən istirahət edirəm. Evdə dünyada baş verənlərə tamaşa edirəm. Məsləhətlər verməyə davam edirəm".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Qafqazinfo”ya müsahibəsində deyib. O, siyasətlə vidalaşmadığını, baş verənlərə münasibət bildirdiyini bildirib.
"Siyasətlə vidalaşmamışam. Baş verənlər barədə zəng edib, fikrimi soruşurlar. Mən də fikirlərimi bölüşürəm. Bir ildən çoxdur ki, evdə oturub dünyaya tamaşa edirəm.

Əməlli başlı idmanla məşğul oluram. İdmanı sevirəm. Arıqlamışam, özümü yaxşı hiss edirəm. Əvvəllər qrafikim çox gərgin idi, gecə-gündüz xaricdə, ya da təyyarədə səyahət edirdim. Lakin indi belə bir iş qrafikim yoxdur. Hərdən bir siyasi yazılar yazıram, pozuram. Bunu necə davam etdirəcəyimi fikirləşirəm. Uşaqlıqdan futbola böyük sevgim var, bir futbol oyununu belə buraxmıram. Həm milli komandanın, həm də “Qarabağ” və ya “Neftçi” klubları beynəlxalq turnirlərdə iştirak edəndə o oyunlara həmişə gedirəm".

AzVision.az


Teqlər: ElmarMəmmədyarov  



Xəbər lenti