“AFFA-da hamı Aslan İsmayılovu məhkəməyə vermək istəyirdi” - Elxan Məmmədov
“Həmin şəxs sosial şəbəkədə əsassız AFFA rəhbərliyini, işçilərini ittiham etmişdi. Sübutsuz, əsas olmadan belə açıqlamalar qeyri-peşəkarlıq deməkdir. Biz də susa bilmərik. Tanınmış insandır, televiziyalara çıxır, tez-tez açıqlama verir. Bu üzdən belə ittihamlar biz tərəfdən qəbul olunmur. AFFA əməkdaşlarının əksəriyyəti fərdi olaraq onu məhkəməyə vermək istəyirdi. Hamı onu məhkəməyə vermək istəyirdi. Dedik ki, lazım deyil, qurum olaraq iddia qaldırdıq və məhkəməni udduq. Əsassız kimsə kimisə ittiham edirsə, cavab verməlidir. Məhkəmə işi də təxminən 3 ay sürdü. Mən düşünürdüm ki, niyə belə uzun çəkdi? Məhkəmə yəqin ki, sübutları, əsasları gözləyirdi. Sonda düzgün, ədalətli qərar qəbul etdi”.
AzVision.az
Teqlər: AFFA







Vaxtında, Aydın, Lazımlı!


