AzTV-də yeni kadr təyinatı olub

AzTV-də yeni kadr təyinatı olub
  02 Fevral 2022    Oxunub:1373
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) yeni kadr təyinatı olub.
QSC-nin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, qurumun əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib.

Orucov bu təyinatadək həmin studiyanın direktor müavini vəzifəsində işləyib.

Ona qədər İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsini Tural Məmmədov tuturdu. O, fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.


Tural Məmmədov

AzVision.az


Teqlər:



Xəbər lenti