Parlament nümayəndə heyəti Riqada “Azadlıq” abidəsini ziyarət edib

Parlament nümayəndə heyəti Riqada “Azadlıq” abidəsini ziyarət edib
  02 Fevral 2022    Oxunub:1186
Fevralın 2-də Azərbaycan parlament nümayəndə heyətinin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Latviya Respublikası Seyminin sədri İnara Murniyetse Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət ediblər.
Bu barədə AzVision.az - a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spikerlər abidənin önünə əklil qoyublar. Sonra Azərbaycan və Latviyanın Dövlət Himnləri səsləndirilib.

AzVision.az



Teqlər: Sahibə-Qafarova   Latviya  



Xəbər lenti