Gürcüstan vətəndaşı Qazaxda qəzaya düşüb

Gürcüstan vətəndaşı Qazaxda qəzaya düşüb
  02 Fevral 2022    Oxunub:2285
Qazaxda naməlum şəraitdə xəsarət alan Gürcüstan vətənadışının avtomobil tərəfindən vurulduğu aydın olub.
AzVision.az xəbər verir ki, xəsarət alan şəxs Rustavi şəhər sakini 1961-ci il təvəllüdlü Gülordova Dato Guryeviçdir.

O, yolu keçmək istəyən zaman "Mercedes" markalı minik maşını tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alan şəxs yük maşını sürücüsüdür.

AzVision.az



Teqlər: Qəza   Yaralı  



Xəbər lenti