Azərbaycan və Rusiya arasında Protokol imzalandı
Alt komissiyanın ilk iclası videokonfrans formatında keçirilib.
İclas ölkəmizin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Alt komissiyaya Azərbaycan tərəfindən həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun, Rusiya tərəfindən isə həmsədr nəqliyyat nazirinin müavini Dmitriy Zverevin rəhbərliyi altında baş tutub.
İclasda iki ölkə arasında avtomobil, dəniz, dəmir yolu və hava nəqliyyatı, o cümlədən nəqliyyatın rəqəmsallaşdırılması və sərhəd-keçid prosedurlarının asanlaşdırılması məsələləri müzakirə edilib.
Həmçinin bu münasibətlərin davamlı uğurlu inkişafı üçün perspektiv imkanların və mövcud çətinliklərin araşdırılması və onların həlli istiqamətində müvafiq tədbirlərin birgə aparılması ilə bağlı razılıq əldə olunub.
Bununla yanaşı, ölkələrimizin iştirakçısı olan beynəlxalq nəqliyyat dəhlizlərində birgə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunaraq bu münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşün sonunda Protokol imzalanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


