Dünyanın ən görməli və turistik yerləri - Maraqlı rəylər
Ən tanınan görkəmli yer Barselonadakı (İspaniya) Saqrada Familiya kilsəsidir. Bu yer 164,2 mindən çox turist rəyi topluyub. Digər tanınmış yerlər səyahətçilərin qeyri-adi tənqidləri ilə yadda qalıb. Məsələn, bir istifadəçi niyə dünyanın hər yerindən insanların Stounhenc (Böyük Britaniya) daş qalaqlarına baxmaq üçün gəldiyi ilə maraqlanır, digəri Arizonadakı Böyük Kanyonu sadəcə "qum arxı" adlandırır, üçüncüsü isə Nyu Yorkdakı Empire State Buildingin hündürlüyünə görə onda ürək bulanması yaratdığından şikayətlənib.
Bundan başqa TripAdvisor öz istifadəçiləri haqqında maraqlı faktlar da açıqlayıb. Ən uzun şərh (17,2 min sözdən ibarət) bir turistin Kubadakı bir oteldə qalma hekayəsi idi. Digər səyahətçi yüklənən fotoların sayına görə rekordçu olub (cəmi 102,2 min şəkil).
Lüksemburqdan olan başqa bir fəal resenzent saytda ən çox rəy yazıb (təxminən yeddi min rəy). İrlandiyadan olan başqa bir istifadəçi isə 176 müxtəlif ölkə haqqında qeydlər yazıb (onun əslində dünyanın 193 ölkəsinin hamısında olduğu bildirilir).
Daha əvvəl yanvarın əvvəlində 2022-ci ildə səyahət üçün dünyanın ən təhlükəli ölkələrinin adı açıqlanıb. Beləliklə, reytinqə Venesuela başçılıq edir, ikinci yerdə Papua-Yeni Qvineya, üçüncü yerdə isə Əfqanıstan və Cənubi Afrika qərarlaşıb.
İbrahim Məmmədov
AzVision.az
Teqlər: