DSX-nin çavuşu vəfat edib

   DSX-nin çavuşu vəfat edib
  03 Fevral 2022    Oxunub:1778
Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

AzVision.az


Teqlər: DSX   Çavuş   NabatəlizadəCeyhun  



Xəbər lenti