Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
İkitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev Macarıstan tərəfi ilə əməkdaşlıq sənədləri imzalayıblar.
Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstan Respublikasının “Ləyaqət” Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


