Macarıstan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır

 Macarıstan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır
  03 Fevral 2022    Oxunub:1191
"Bu gün mənimlə Azərbaycana 24 macar şirkəti gəlib. Bütün bu şirkətlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpa prosesində iştirak etməyə hazırdır".
AzVision.az bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, macar şirkətləri ərazilərin infrastrukturunun bərpasında, su təchizatının qurulmasında, alternativ enerji mənbələrindən istifadə üçün avadanlıq istehsal edən müəssisələrin tikilməsində, mədəniyyət və dini abidələrin bərpasında iştirak etməyə hazırdır.

AzVision.az



Teqlər: Macarıstan  



Xəbər lenti