Bakıda intihar edən qadın belə xilas edildi - Video

   Bakıda intihar edən qadın belə xilas edildi -    Video
  03 Fevral 2022    Oxunub:1564
Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək, ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.



AzVision.az


Teqlər: FHN  



Xəbər lenti