Bakıda sürücüdən nümunəvi addım: Ağlayan uşağı sakitləşdirdi
AzVision.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin bildirdiyinə görə, görüntülər fevralın 2-si “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib.
“Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir. Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir”.
M. Ağayevin sözlərinə görə, 6 ildir ki, sözügedən MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib. O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb.
AzVision.az
Teqlər: sürücü







Vaxtında, Aydın, Lazımlı!


