İdmanla məşğul olanlar koronavirusu yüngül keçirirlər

İdmanla məşğul olanlar koronavirusu yüngül keçirirlər
  04 Fevral 2022    Oxunub:1633
Aktiv idmanla məşğul olanlar koronavirusu yüngül keçirirlər. AzVision.az xəbər verir ki, mütəxəssislər belə bir qənaətə gəliblər.
Rusiya Fitnes Sənayesi Operatorları Assosiasiyasının prezidenti Olqa Kiseleva deyib ki, həftədə cəmi 2 dəfə 45-60 dəqiqə məşq etmək güclü immunitet səviyyəsini təmin edir. Bu məsələdə ən başlıcası nizamlı olmaqdır.

- Biz 2020-ci ildə 8 min respondent, müntəzəm idmanla məşğul olan müştərilərimiz üzərində araşdırma apardıq. Bu sorğu göstərdi ki, həmin insanların 49 faizində COVID-19 daha asan keçirilib. Respondentlərin 26 faizi isə ümumiyyətlə xəstələnməyib. Bu, məhz fiziki fəaliyyətlə bağlıdır, - Kiseleva deyib.

Mütəxəssis deyir ki, hansı idman növü ilə məşğul olmağın fərqi yoxdur.

- Rəqs, yoqa və ya üzgüçülük. Hər hansı bir fiziki fəaliyyət immunitet sistemini gücləndirməyə kömək edir.

AzVision.az



Teqlər: Koronavirus   İdman  





Xəbər lenti