Bu il Azərbaycan qaz ixracını artıracaq
“Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, hazırda qaz bazarındakı vəziyyət sabit deyil, qiymətlər dəyişkəndir. Bu amillər nəzərə alınaraq, bu il Azərbaycan keçən illə müqayisədə ixracı daha da artıracaq. Azərbaycanın böyük təbii qaz potensialı buna imkan verir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


