"Bu il yeni sazişin imzalanması mümkün olacaq" - XİN başçısı

   "Bu il yeni sazişin imzalanması mümkün olacaq" -    XİN başçısı
  04 Fevral 2022    Oxunub:817
“2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında hərətəfli, yeni sazişin imzalanması mümkün olacaq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib:

“Eyni zamanda bir sıra istiqamətlər üzrə mövcud olan dialoqların inkişaf etdirilməsi bizim iqtisadi əlaqələrimizin daha da genişlənməsi üçün imkan yaradacaq. Bu gün Aİ bizim ən böyük iqtisadi tərəfdaşımızdır. Əlaqələrimiz inkişaf edir, müntəzəm müzakirələr aparılır”, - nazir vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti