Anasından polisə şikayət edən 10 yaşlı qız: "Dedi ki, siqaretsiz gəlsən..." - VİDEO
AzVision.az xəbər verir ki, bu barədə məlumat Qadın və Uşaq Sığınacağı tərəfindən paylaşılıb.
Belə ki, uzun müddətdir sığınacaqda qalan 10 yaşlı qız dünən sığınacaqdan uşaq evinə gedəcəyini öyrənib, ağlayıb.
10 yaşlı qız deyir ki, əvvəl babası onu gəzməyə aparardı:
"Hər ad günümdə maşınla gəzməyə aparırdı. Hər yeri tanıyırdım. Ona görə "Şamaxinka” adlanan ərazidəki 19-cu Polis Bölməsinə şikayət etdim. Oradakı polis dedi ki, biz "motodrom”a (Xocəsən tərəf) baxmırıq. Sonra məni 40-cı bölməyə gətirdilər. Axşam orda qaldım, günorta məni sığınacağa gətirdilər. Burada yaxşıyam. Arada qardaşım üçün darıxıram. Bura gələndən mənə hər şey alıblar, hər yerə aparıblar. Bundan sonra istəyirəm ki, qardaşımla birlikdə Almaniyaya gedim. Çünki ora çox gözəldir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


