Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib

   Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib
  05 Fevral 2022    Oxunub:1135
Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməmək tövsiyə edilib.

Vətəndaşlara orduda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırış edilib.

AzVision.az



Teqlər: MN  



Xəbər lenti