"Qarabağ münaqişəsi 44 günlük müharibədə həll olundu - Kalın

"Qarabağ münaqişəsi 44 günlük müharibədə həll olundu -    Kalın
  05 Fevral 2022    Oxunub:785
"30 ildir həll olunmayan Qarabağ münaqişəsinin keçmiş ilə qədər necə həll ediləcəyi ilə bağlı heç kimin təsəvvürü olmadığı halda problem 44 günlük müharibə nəticəsində həll olundu".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Heç kimin gözləmədiyi bir inkişaf oldu. Elə bir fürsət və şərait yarandı ki, Qafqazın ən əsas məsələsi bir anda həll olundu. Türk Hava Yolları İrəvana uçuşlara başlayıb. 30 ildən sonra Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi gedir", - Kalın qeyd edib.

AzVision.az



Teqlər: İbrahim-Kalın  



Xəbər lenti