Şəki sakinindən müxtəlif növ narkotik vasitələr götürülüb

Şəki sakinindən müxtəlif növ narkotik vasitələr götürülüb
  05 Fevral 2022    Oxunub:1025
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elnur Nəbiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az - a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkarlanıb.

Davam etdirilən tədbirlərlə Elnur Nəbiyevin şəhər ərazisindəki köhnə tikilidə gizlətdiyi 450 qram qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə E.Nəbiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az




Teqlər: DİN   Narkotik  



Xəbər lenti