Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat edib

   Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat edib
  05 Fevral 2022    Oxunub:1280
Bakı Mühəndislik Unuversitetinin 40 yaşlı müəllimi Cəmil Məmmədov vəfat edib.
AzVision.az xəbər verir ki, C. Məmmədov bir müddət əvvəl koronavirusa yoluxub və müalicə olunurmuş. O, müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti