ABŞ-da salatla yayılan xəstəlik ölümlərə səbəb oldu

ABŞ-da salatla yayılan xəstəlik ölümlərə səbəb oldu
  05 Fevral 2022    Oxunub:2359
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri listerioz xəstəliyinin (bakterial infeksiyanın bir növü -red.) qablaşdırılmış “Dole” salatı ilə bağlı olması ehtimalını araşdırırlar.
AzVision.az xəbər verir ki, 13 ştatda 17 nəfər bu xəstəliyə yoluxub, onlardan 13-ü xəstəxanaya yerləşdirilib. İki nəfər ölüb.

İdarənin mütəxəssisləri istehlakçılara bu məhsulları atmağı və ya qaytarmağı, həmçinin onların saxlandığı soyuducuları və başqa qabları diqqətlə təmizləməyi məsləhət görürlər. İdarənin nümayəndələrinin fikrincə, listeriya soyuducuda sağ qala və asanlıqla başqa məhsullara yayıla bilər.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti