Professor 9 yaşılı tələbə qızın “sirrini” açdı

// “Eksperimenti bitirmək lazımdır!”

   Professor  9 yaşılı tələbə qızın  “sirrini” açdı
  06 Fevral 2022    Oxunub:5002
Moskva Dövlət Universitetinin psixologiya fakültəsinə qəbul olunan 9 yaşlı qızcığaz Alisa Teplyakova ilə bağlı müzakirələr davam etməkdədir. Kimlərsə onu balaca dahi sayır, başqaları qızı uşaqlığından məhrum edən valideynlərini qınayırlar.

Qızın təhsili ilə vaxtilə özü də psixologiya fakültəsini bitirən atası məşğul olub. Buna görə də, bütün məsələ gəlib onun istifadə etdiyi metodlara dayanır. Bu metodlar isə birmənalı qarşılanmırlar.


Kukla əvəzinə diplom: 9 yaşlı qızcığaz necə MDU-nun tələbəsi oldu?
Rusiya prezidenti yanında vətəndaş cəmiyyətinin və insan haqlarının inkişafı şurasının üzvü, MDU-nun psixologiya fakültəsinin professoru Aleksandr Asmolov bildirib ki, uşaq universitetdə oxuyacaq qədər savada malik deyil, onu sadəcə, testlərdən keçəcək şəkildə “əhliləşdiriblər”. Qızın yaxşı yaddaşı var, amma bununla məsələ bitir. Başqa heç bir xüsusi qabiliyyəti yoxdur.

Professor deyib ki, uşağa sadəcə olaraq, testlərə düşə biləcək bütün düzgün cavabları əzbərlədiblər. O, qızın üzərində aparılan bu eksperimenti bitirməyə çağırıb.

Bu əhvalatda ən maraqlı məqam təhsil və biliyin qiymətləndirilməsi sistemilə bağlıdır. Belə ki, əgər 9 yaşlı qız da əzbərçilik və test üsulu ilə universitetə daxil ola bilirsə, bu, düşünmək üçün ciddi səbəbdir.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   Təhsil  





Xəbər lenti