Xocavənddə avtobus qəzası: 21 nəfər xəsarət alıb

   Xocavənddə avtobus qəzası:    21 nəfər xəsarət alıb
  07 Fevral 2022    Oxunub:1244
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bu barədə AzVision.az -a Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Füzuli Rayon Mərkəzi Xəstəxanasında olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib. Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti