Kredit almaq hüququ olan tələbələrin sayı açıqlanıb

Kredit almaq hüququ olan tələbələrin sayı açıqlanıb
  07 Fevral 2022    Oxunub:1566
Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 208 nəfərdir.
AzVision.az -ın xəbərinə görə, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin tələbələrdən 40 465 nəfəri bakalavr, 5 426 nəfəri magistr, 10 318 nəfəri isə subbakalavrdır. Belə ki, 56 208 tələbədən 16 800-ü sosial, 39 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir.

AzVision.az


Teqlər: Tələbə   Kredit  





Xəbər lenti