“Teknofest” Şuşada keçirilə bilər
AzVision.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar isə deyib ki, tədbirin Şuşada keçirilməsində maraqlıdırlar.
“Bundan başqa, festival çərçivəsində baş tutan müsabiqələrin də bir qismi Qarabağda təşkil oluna bilər”, - deyə o, əlavə edib.
Qeyd edək ki, bu ilin 26 – 29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.
AzVision.az
Teqlər: TEKNOFEST







Vaxtında, Aydın, Lazımlı!


